Son iki gündə ölkə ərazisində qeydə alınan 105 cinayətin üstü açılıb. Bu barədə noyabrın 21-də DİN-dən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə beş nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.