Dekabrın 3-4 tarixlərində ölkə ərazisində qeydə alınan 88 cinayətin açılması təmin olunub. Bu barədə 5 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.