top
Hər zaman diqqət mərkəzində olmaq ARZUSU – Bu istək nə ilə bağlıdır?
26 yanvar 2025, 02:00
- +

Hər zaman diqqət mərkəzində olmaq ARZUSU – Bu istək nə ilə bağlıdır?

İnsanların bir çoxu nəyin hesabına olursa olsun, bütün diqqəti öz üzərinə toplamaq istəyir. Bəziləri bunu özünün bacarığı, savadı, müsbət keyfiyyətləri və davranışı ilə əldə edir, bəziləri isə görünüşü, danışıq tərzi və digər xüsusiyyətləri ilə. Bir sözlə, mənfi və ya müsbət, xoş və xoş olmayan davranışlarla yadda qalmaq, hər kəsin ondan danışmasını istəyənlər çoxdur.

Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib ki, fərqlənmə və hər kəsin diqqət mərkəzində olmaq istəyi isteroid şəxsiyyət tipinə aiddir:

“Bunlar isterik insandırlar, istər konflikt, istərsə də pozitif cəhətdən diqqət mərkəzində olmağı sevir və hər kəsdən fərqli davranış göstərmək istəyirlər. Demək olar ki, səhnə insanlarıdırlar. Bəzi hallarda patoloji hal baş verdikdə neqativ, konfliktli diqqət mərkəzində olmaq da bu insanlara xas xüsusiyyətdir. Bu insanlar diqqət mərkəzində olmaq üçün fərqli, açıq rənglərdən istifadə edirlər, daha çox geyimlərində xüsusilə diqqət cəlb edən parıltılı aksesuarlara üstünlük verirlər. Ətraf aləmdən seçilmək üçün yüksək səslə danışırlar. Belə insanlar daha çox səhnədə uğur qazanırlar, gözlə görünə biləcək hər bir detal onlar üçün vacibdir deyə, diqqət mərkəzində olmaq, fərqli yadda qalmaq üçün maksimum diqqət cəlb edəcək görüntü, hərəkət və davranışları insanların yaddaşında saxlamağa nail olurlar”.

O, buna uşaqkən diqqət mərkəzindən kənar qalan insanlarda daha çox rast gəlindiyini bildirib:

“Bu, insanın xarakterindən və ailə tərbiyəsindən asılıdır. Evdə az diqqət görmüş isterik xarakterli uşaqlar sonradan daha çox diqqət cəlb etmək üçün istər mənfi, istərsə də müsbət yöndə özlərini göstərirlər.

İsterik xarakter heç də neqativ xarakter deyil, sadəcə, onlar ətrafdan diqqət əskikliyi yaşamamaq üçün bir növ geyim və davranışlarından istifadə etməyə çalışırlar. İsterik xarakterdirsə, yaşadıqları ailədə diqqətsiz qalıblarsa, nə olursa olsun diqqət mərkəzində olmaq üçün nə desəniz edərlər”.

Psixoloq hesab edir ki, estetik əməliyyatlara müraciət edən insanlar da əsasən, diqqət mərkəzində olmaq istəyənlərdir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:19

Səhiyyə Nazirliyi "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın sakinlərinə səyyar stomatoloji aksiyası keçirib - FOTO

Bütün Xəbərlər
Bu gün, 15:08

Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

Bütün Xəbərlər
Bu gün, 13:46

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisinin "Flashscore"a MÜSAHİBƏSİ

Bütün Xəbərlər
Bu gün, 12:33

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Bütün Xəbərlər
Bu gün, 11:40

Televiziya verilişindən Çempionlar Liqasına: "Sabah" Avstraliya mediasının diqqətində

Bütün Xəbərlər
Bu gün, 10:18

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb

Bütün Xəbərlər
Bu gün, 09:51

DİN kirayəyə ev axtaran tələbələrə müraciət edib: "Təcili beh göndərin" ifadələrinə inanmayın

Bütün Xəbərlər
Bu gün, 09:33

Ballıqaya qətliamından 34 il ötür

Bütün Xəbərlər
Dünən, 16:44

Qrossmeyster Aydın Süleymanlıdan Valdas Dambrauskasla bağlı maraqlı paylaşım - FOTO

Bütün Xəbərlər
Dünən, 15:49

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

Bütün Xəbərlər
Dünən, 15:45

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Bütün Xəbərlər
Dünən, 14:36

"Tənbəlliyimiz bizi xilas etdi": azərbaycanlı kulinar Nepaldakı təbii fəlakətin episentrində qalıb

Bütün Xəbərlər
Dünən, 14:23

Məleykə Abbaszadə: "Ötən ilin balına aldanmayın"

Bütün Xəbərlər
Dünən, 12:57

Bakıda ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü

Bütün Xəbərlər
Dünən, 12:52

Universitet qazanmaq istəyənlərin DİQQƏTİNƏ! - boş qalan yerlərin sayı açıqlanıb

Bütün Xəbərlər
Dünən, 12:30

Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək

Bütün Xəbərlər
Dünən, 12:28

Yeni tədris ili üçün təhsil krediti müraciətlərinin vaxtı açıqlandı

Bütün Xəbərlər
Dünən, 12:16

Sabahdan universitetlərə qeydiyyat başlayır: proses yalnız my.gov.az üzərindən aparılacaq

Bütün Xəbərlər
Dünən, 11:36

Prezident İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
Dünən, 11:00

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Bütün Xəbərlər
Dünən, 10:37

AZAL sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:23

Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayıb

Bütün Xəbərlər
Dünən, 09:23

Nigar Fərhad saxlanıldı

Bütün Xəbərlər
Dünən, 09:06

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Oxşar xəbərlər