Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə 14 dekabr tarixində Qafqazinfo məlumat verib.
Ötən gün saat 21:00 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Vəliyev idarə etdiyi xidməti avtomobillə rayonun Qaraqaşlı kənd sakini Natiq Bəkirovu vurub.
Piyada hadisə yerində ölüb.
İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.