Bu gündən, iyulun 5-dən Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb. Bu haqda İqtisadiyyat Nazirliyi məlumat verib.
Sözügedən mərkəz bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.
Belə ki, vətəndaşların qəbulu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), İqtisadiyyat, Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir.
Burada, həmçinin “Ana və uşaq otağı”, həkim və psixoloq fəaliyyət göstərir.