I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat iyulun 4-də başa çatacaq. Bu barədə iyulun 4-də Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeydiyyat saat 23:59-dək davam edəcək. Saat 09:10-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 20 min, IV ixtisas qrupu üzrə isə 4 minə yaxın abituriyent ərizəsini təsdiq edib.
Namizədlər “Şəxsi kabinet”lərinin hesabına 40 manat əlavə etməklə verilən link vasitəsilə imtahana yazıla bilərlər.