Dünən, iyulun 3-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 13-cü turunun oyunları keçirilib. Teymur Rəcəbov ağ fiqurlarla Fabiano Karuana ilə heç-heçə edib.
Digər oyunlarda Nakamura Dudaya qalib gəlib, Nepomnyaşi - Rapport və Firuzca - Liren oyunları isə heç-heçə bitib. Beləliklə, turnirin yekunlaşmasına 1 tur qalmış Yan Nepomnyaşi ard-arda ikinci dəfə İddiaçılar turnirinin qalibi adını qazanıb. Teymur Rəcəbov 13 turdan sonra 6,5 xal yığaraq turnir cədvəlində 4-5-ci yerləri bölüşdürür. Bu gün keçiriləcək son turda Teymur qara fiqurlarla Rapporta qarşı oynayacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 500 min avrodur.