Dünən, iyunun 29-da İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 10-cu turunun oyunları keçirilib. Teymur Rəcəbov qara fiqurlarla Yan Nepomnyaşi ilə heç-heçə oynayıb.
Beləliklə, Rəcəbov 10 turdan sonra 4,5 xal yığaraq turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. Digər oyunlarda Duda Karuanaya, Nakamura Firuzcaya, Liren isə Rapporta qalib gəlib. Bu gün Rəcəbov ağ fiqurlarla Dudaya qarşı oynayacaq.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.