Dünən, iyulun 4-də Teymur Rəcəbov İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirində son görüşünü keçirib. O, qara fiqurlarla macarıstanlı Rixard Rapporta 33-cü gedişdə qalib gəlib.
35 yaşlı qrosmeyster 14 oyun ərzində 7,5 xal toplayıb və yarışı 3-cü pillədə başa vurub.
Xatırladaq ki, yarışın qalibi rusiyalı Yan Nepomnyaşi olub. O, şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.