Şəmkir rayonunun Kür qəsəbəsində yol-nəqliyyat hadisəsi olub. Bu haqda noyabrın 24-də İnsanoid Report-a istinadən xəbər verir.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1993-cü il təvəllüdlü Vahid İsalı və 1963-cü il təvəllüdlü Arzu Kazımov müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan V.İsalının vəziyyəti orta ağır, digərinin vəziyyəti isə kafi kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.