top
İlk 5 yaş insan ömründə beyin və bədən inkişafının ən sürətli getdiyi mərhələdir - Endokrinoloq
22 aprel 2025, 02:16
- ↺ +

İlk 5 yaş insan ömründə beyin və bədən inkişafının ən sürətli getdiyi mərhələdir - Endokrinoloq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Uşaqlar üçün düzgün qidalanma yalnız fiziki böyümə deyil, həm də zehni inkişaf, immun sisteminin güclənməsi və ümumi həyat keyfiyyətinin artırılması baxımından çox vacibdir. İlk 5 yaş insan ömründə beyin və bədən inkişafının ən sürətli getdiyi mərhələdir”.

İnsanoid.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə açıqlayıb.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, uşaqların gündəlik qida rasionunda enerji ehtiyacı yaşa, cinsə, fiziki aktivliyə və sağlamlıq vəziyyətinə görə dəyişsə də, hər bir uşağın balanslı şəkildə zülal, yağ və karbohidrat qəbul etməsi zəruridir:

“Uşağın qidası nə qədər balanslıdırsa, onun immuniteti bir o qədər güclü olur, məktəbəqədər və məktəb dövründə daha yaxşı öyrənir, sosial bacarıqları daha sürətlə inkişaf edir və xəstəliklərə qarşı dayanıqlı olur. Balanslı qidalanma, eyni zamanda gələcəkdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri kimi problemlərin qarşısının alınmasında mühüm rol oynayır. Zülallar uşaqların orqanizmində əsas “tikinti materialı” kimi çıxış edir. Ona görə də, uşaqlıq dövründə zülal ehtiyacı yetkin insanlara nisbətən daha yüksəkdir. Qidada zülal çatışmazlığı boy artımında yavaşlama, əzələ zəifliyi, immunitetin zəifləməsi, iştahasızlıq və tez yorulma ilə nəticələnə bilər. Əksinə, zülalla zəngin, amma balanslı qidalanma uşağın bədənini gücləndirir, immunitetini artırır və məktəb fəaliyyətlərində daha fəal olmasına kömək edir. Yağlar uşaqların qidalanmasında çox vaxt qorxduğumuz bir element kimi görünür. Halbuki düzgün növ və miqdarda yağ uşaqlar üçün son dərəcə vacibdir, xüsusilə də beyin inkişafı və enerji təminatı baxımından”.

A.Əkbərzadə vurğulayıb ki, karbohidratlar uşaqların gündəlik fəaliyyətlərini yerinə yetirməsi üçün əsas enerji mənbəyidir:

“Sağlam karbohidrat mənbələri olaraq tam taxıllar, tərəvəz və meyvələr, paxlalılar, süd və süd məhsullarını misal göstərmək olar. Sadə karbohidratlar – xüsusilə şəkər, şirin içkilər, şirniyyatlar, ağ un, “fastfood” uşaqlarda şəkər yüklənməsinə səbəb ola bilər. Eyni zamanda, piylənmə probleminə yol açır. Buna görə də bu qidalar məhdudlaşdırılmalı, əsas diqqət kompleks karbohidratlara yönəldilməlidir. Şirin içkilər, şəkərli qidalar məhdudlaşdırılmalı, bunun əvəzinə meyvə, kefir, süd məhsulları, qoz-fındıq kimi sağlam qəlyanaltılar verilməlidir. Uşağın su qəbulu da qidalanmanın ayrılmaz hissəsidir – gündə azı 5-8 stəkan su içməyə təşviq olunmalıdır”.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər