Gömrükdə portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədilmiş külli miqdarda siqaret aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsindən noyabrın 19-da bildirilib.
Belə ki, İrandan idxal edilmiş portağal daşıyan yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib.
Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası ilə markalanmamış 23 846 qutu “Kent”, 7 980 qutu “Marlboro”, 500 qutu “Parliament”, 15 000 qutu “Milano” və 90 qutu “Senator” markalı olmaqla ümumilikdə 948 320 ədəd siqaret aşkar edilərək götürülüb.