İsmayıllı rayonunda zəncirvari qəza olub. Bu barədə 9 dekabr tarixində APA məlumat verib.
İsmayıllı-Qaraməryəm avtomobil yolunda “VAZ-2106”, “Mitsubishi” və “Fiat” markalı avtomobillər toqquşub.
Nəticədə sürücülərdən biri xəsarət alıb, maşınlara ciddi ziyan dəyib.
Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.