İsmayıllıda yol qəzası baş verib. Bu haqda 2 yanvar tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-21099" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ" -ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.