Ötən gün ərzində 111 cinayətin üstü açılıb. Bu haqda noyabrın 28-də DİN-dən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər ölüb.
Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.