Ötən gün 64 cinayətin üstü isti izlərlə açılıb. Bu haqda noyabrın 23-də DİN-dən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər ölüb.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.