İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb. Bu barədə 20 may tarixində Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, lisenziya müqavilələrinin qeydə alınmasında xidmət haqqı əmtəə nişanı üçün 80 manatdan 120 manata, bir neçə əmtəə nişanı üçün 50 manatdan 75 manata, coğrafi göstərici üçün 45 manatdan 68 manata qaldırılıb.
Həmçinin ixtiranın, faydalı modelin və sənaye nümunəsinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün 15 manat xidmət haqqı müəyyən edilib.