Kəlbəcər rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb. Bu barədə 24 dekabr tarixində Report məlumat verib.
Belə ki, Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
[gallery columns="1" link="file" size="full" ids="99240"]