Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün qardaş Türkiyəyə səfərə yola düşüb.
Bu barədə APA məlumat verib.
Məlumata görə, səfər çərçivəsində K.Heydərovun Ankara şəhərində təşkil edilən TDT-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirakı, eləcə də Türkiyənin əlaqədar dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.