Slovakiyanın “Klein Vision” şirkəti 2026-cı ildən etibarən uçan avtomobil modeli olan “Aircar”ın satışına başlayacağını açıqlayıb. Avtomobilin qiyməti 1 milyon ABŞ dolları olacaq.
İnsanoid.com xəbər verir ki, avtomobil cəmi 80 saniyə ərzində avtomobildən təyyarəyə çevrilə bilir. Uçuş məsafəsi 1000 kilometrə qədərdir. Havadakı maksimal sürəti 250 km/saat, yerdə isə 200 km/saat təşkil edir.
“Aircar” artıq uçuşa yararlılıq sertifikatı alıb və 500 uğurlu test uçuşunu tamamlayıb.
Bu texnologiya avtomobil və aviasiya sənayesində inqilabi yenilik hesab olunur.