Portuqaliya millisində uzun illərdir əsas fiqur olan Kriştianu Ronaldunun oğlu – Ronaldu Jr atasının yolu ilə getmək qərarına gəlib. O, bundan sonra Portuqaliya millisinin şərəfini qoruyacaq.
İnsanoid.com xəbər verir ki, futbol əfsanəsinin oğlu ilk dəfə Portuqaliyanın yeniyetmələrdən ibarət milli komandasında çıxış edəcək.
Ronaldu, Xorvatiyada keçiriləcək beynəlxalq yeniyetmələr turnirində debüt etməyə hazırlaşır.
Portuqaliya yığması turnirdə Yaponiya, Yunanıstan və İngiltərə komandalarına qarşı oyunlar keçirəcək. Ronaldu Jr-nin debütü 13 may tarixinə planlaşdırılıb.