Kürdəmirdə avtomobil piyada zolağını keçən şəxsi vurub. Bu barədə 9 noyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü piyada zolağından keçən Kürdəmir rayon sakini, 53 yaşlı Alıyev Elşən Cəlal oğlunu vurub.
Yaralı xəstəxanaya aparılıb. Xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.