Kürdəmirdə iyunun 4-də toyda polis əməkdaşı məhkəmə katibini döyüb. Bu barədə iyunun 6-da Qafqazinfo xəbər paylaşıb.
Şadlıq sarayında keçirilən toy mərasimində qonaq olan Kürdəmir Rayon Məhkəməsinin katibinin Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı ilə mübahisəsi yaranıb. Daha sonra polis məhkəmə işçisini vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı araşdırma davam edir.