Kürdəmirdə 43 yaşlı qadın xəstəxanada ölüb. Bu barədə 12 dekabr tarixində Report məlumat verib.
Belə ki, dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonunun Yenikənd kənd sakini, 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub. Lakin S.Eminova vəfat edib.
Faktla bağlı araşdırma davam edir.