Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi olub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 17 dekabr tarixində xəbər verir.
Rayon sakini, 54 yaşlı Əflatun Kərimov münaqişə zəminində 45 yaşlı həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xasarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.
Ə.Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.