Kürdəmir polisi rayonun Şilyan kəndi ərazisində qanunsuz ov edən şəxsi saxlayıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Saxlanılan şəxsin kənd sakini Ə.Mustafayev olduğu müəyyən edilib.
Ondan bir ədəd ov tüfəngi, həmin silaha aid patronlar, eləcə də ovladığı çöl heyvanları və quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.