Kürdəmirdə yanğın hadisəsi baş verib. Bu barədə 10 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, rayonun Çöhranlı kəndində, fermanın ərazisində ümumi sahəsi 400 kv.m olan tövlənin tavanı 130 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edildikdən sonra yanğın söndürülüb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.