Kürdəmir rayonunun Aran qəsəbəsində mağazada yanğın olub. Bu barədə 17 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan mağazanın lambirdən ibarət tavanı 40 kvadratmetr sahədə yanıb. Mağazanın qalan hissəsi və mağazadakı mallar, habelə bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın qısa müddətdə söndürülüb.