Kürdəmirdə tövlədə yanğın baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Kürdəmir rayonunun Karrar kəndində ümumi sahəsi 300 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 140 kv.m sahədə və damına yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.