Kürdəmir rayonunda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Bu barədə noyabrın 23-də Report məlumat yayıb.
Hadisə rayonun Kəngərli kəndində baş verib. İkinci mərtəbədən yıxılan 2009-cu il təvəllüdlü Sadıqlı Nuray Eldəniz qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.