Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 20 may tarixində Report məlumat verib.
Məlumata əsasən, 1956-cı il təvəllüdlü sürücü avtomobildə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində sürücü və onun 1959-cu il təvəllüdlü həyat yoldaşı xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.