Kürdəmirin Sor-Sor kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda noyabrın 29-da DİN-dən bildirilib.
"VAZ 2107" markalı avtomobilin sürücüsü Musayev Ozal kənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən rayonun Köhünlü kənd sakini Tahir Nəzərlini vurub.
Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.