Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib. Bu barədə noyabrın 17-də Report xəbər yayıb.
O, öz ərizəsi ilə işdən çıxıb.
Qeyd edək ki, 62 yaşlı C.Baxşıyev uzun illər həmin qurumda çalışıb. C.Baxşıyev 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini kimi fəaliyyət göstərib.