Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma iyulun 5-i saat 23:59-dək davam edəcək. Bu haqda Dövlət İmtahan Mərkəzi xəbər yayıb.
Saat 09:15-ə olan məlumata əsasən, 12 mindən çox bakalavr öz ərizəsini təsdiq edib. 1 250 nəfər isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.
Qeyd edilib ki, müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş şəxslər buraxılacaqlar.