Masallıda məktəbli itkin düşüb. Bu barədə 10 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, Xoşçobanlı kənd sakini Masallı rayon Polis Şöbəsinə müraciət edərək qızı olan 2008-ci il təvəllüdlü İ.Məmmədovanın iyunun 8-də yaşadıqları evdən çıxaraq geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırmalara başlanıb.