“Məşğulluq marafonu” çərçivəsində 2 411 şəxs işlə təmin olunub. Onlardan 2 016 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir. Bu haqda iyunun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Marafona 649 işəgötürən qoşulmaqla 4 563 vakansiya təqdim edilib.
İşəgötürənlər vakansiya yerləşdirmək üçün, işaxtaranlar isə işlə təmin olunmaq üçün keçidə daxil ola bilərlər.