Payız əkin mövsümü başlayandan bu günədək 32 rayonda meşəbərpa tədbirləri həyata keçirilib. Bu barədə noyabrın 14-də Trend xəbər yayıb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi bildirib ki, 362 hektar meşə fondu torpağında 340 000 ağac əkilib, 14 tondan çox toxum səpilib.
"Meşəbərpa tədbirləri respublikanın bütün rayonlarını əhatə edir və payız əkin planına müvafiq olaraq, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilir, toxumlar səpilir", - deyə xidmət rəsmisi bildirib.