Əkin mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib. Bu barədə 7 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Son bir həftə ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 116 500 ağac tingi əkilib, 5 000 kiloqramdan çox toxum səpilib.
Məlumata əsasən, payız ağac əkini başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarında 200 mindən çox ağac tingi əkilib.