"Son bir həftə ərzində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilən meşəbərpa tədbirləri zamanı 45 000-dən artıq müxtəlif növ ağac əkilib, 600 kiloqramdan çox toxum səpilib". Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
Bu barədə 26 dekabr tarixində Report məlumat verib.
“Hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”, - xidmət rəsmisi qeyd edib.