Metropolitendə cibgirlik edən iki nəfər saxlanılıb. Bu barədə noyabrın 21-də DİN-dən bildirilib.
Belə ki, metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev və 1990-cı il təvəllüdlü Fazil Zeynalov saxlanılıblar.
Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.
Araşdırmalar davam etdirilir.