Mayın 11-dən 14-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları zərərsizləşdiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Utilizasiya prosesi Seyfəli poliqonunda həyata keçiriləcək.
“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - deyə əlavə edilib.