18 may saat 11:00-dan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi başlayır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək aktiv olacaq.
“Seçim mərhələsində iştirak edəcək şəxslərə seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir”, - deyə nazirlikdən vurğulanıb.