Naftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib. Bu barədə 4 yanvar tarixində Report məlumat verib.
Hadisə şəhərdə yerləşən mənzillərin birində baş verib. 1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.