Naftalanda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 29 dekabr tarixində xəbər verir.
30 yaşlı Teymur Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.