Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib. Bu barədə 8 noyabr tarixində APA məlumat verib.
Hadisə Xan Şuşinski və Vaqif küçələrinin kəsişməsində qeydə alınıb. Qəza "Nissan", "Renault" və "Kia" markalı avtomobillərin iştirakı ilə baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.