Məşhur müğənni, aktrisa Selena Qomez musiqiçi nişanlısı Benni Blankonun münasibətlərinin ilk illərində hədiyyə olaraq aldığı üzüyü satışa çıxarıb.
İnsanoid.com xəbər verir ki, müğənni zinət əşyasını cəmi 12 dollara satıb.
"Jacquie Aiche" brendindən olan parça cütlüyün birgə "I Said I Love First" adlı albomunun işıq üzü görməsi ərəfəsində pərəstişkarlarına şəxsi əşyalarını satmaq üçün start verilən "12 gün həqiqətən nadir şeylər" kampaniyası çərçivəsində satılıb.
Qeyd edək ki, üzərində "B" hərfi olan brilyant üzük xüsusi sifarişlə hazırlanıb. Üzüyün üzərində ümumi çəkisi 0,44 əyyar olan qiymətli daşlar var və ilkin dəyəri 3250 dollar olub.