Dekabrda daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Bu barədə noyabrın 21-də APA xəbər yayıb.
Ağalı kəndində 200 ağıllı evin tikintisi nəzərdə tutulmuşdu. Onlardan 87-si tikilərək, istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir.
Hazırda Ağalıda kiçik sahibkarların yerləşdirilməsi işləri aparılır və istehsal prosesinin yaradılması planlaşdırılır. Kənd əhalisinin əksəriyyəti işlə təmin edilib.