Paytaxtın Novxanı-Goradil şosesində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə iyulun 5-də APA xəbər yayıb.
Məlumata görə, hərəkətdə olan “QAZ 3110” markalı avtomobil əks yola çıxan “Lada Priora” markalı avtomobilə çırpılıb. Nəticədə “Lada Priora”nın sərnişini həlak olub.
Faktla bağlı araşdırma davam edir.