Oğuz rayonunun Muxas kəndində ümumi sahəsi 65 kvadratmetr olan birmərtəbəli evin 1 otağında 2 kvadratmetr sahədə döşəmə və 1 ədəd yataq dəsti yanıb. Bu barədə 15 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək tüstüdən zəhərlənmə əlamətləri ilə aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.