Oğuz şəhərindəki marketdən istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Bu barədə iyulun 5-də Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Cavanşir küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən marketdə aparılmış plandankənar yoxlama zamanı istifadə müddəti bitmiş “Koroleva” un məmulatı, “Qidam” xörək duzu satışının həyata keçirildiyi aşkarlanıb. Marketin sahibkarı məsuliyyətə cəlb edilib.